Kəmalə Məmmədova, Sağlamlıq
"Şəkərli diabet sürətlə artır və cavanlaşır"
Həkim-endokrinoloq ANS PRESS-in suallarını cavablandırıb

- Şəkərli diabet xəstəliyi nədir və necə yaranır?
Şəkərli diabet xəstəliyi iki tipə bölünür. 1-ci və 2-ci tip. Belə fərziyyə var ki, 1-ci tip diabet virusmənşəlidir. Belə ki, mədəaltı vəzdə olan beta hüceyrələri insulin hazırlayır. Virus onların işini pozur və nəticədə insulinhazırlama funksiyasını da pozulur. Bu diaqnoz qoyulan xəstələr insulinsiz yaşaya bilmir. Onlar mütləq insulin mualicəsinə başlamalıdırlar. Bu müalicə insanın ömrünün sonuna kimi davam edir. 2-ci tip şəkərli diabet isə daha çox həyat tərzi xəstəliyidir. Bu artıq çəki, qeyri-düzgün həyat tərzi, hərəkətsizlik nəticəsində əmələ gəlir. 2-ci tip şəkərli diabet əsasən 40 yaşdan sonra daha çox müşahidə edilir.
-Xəstəliyin yayılmasında cavanlaşma hiss edilir?
Bu xəstəlik hazırda həddindən çox sürətlə artır və cavanlaşır. Daha çox ikinci tipi. Buna səbəb isə müasir həyat tərzi - hipodinamiya (hərəkətsizlik), artıq çəki və qidalanma tərzinin dəyişməsidir. Beta hüceyrələrinin insulinhazırlama qabiliyyəti 30-50 faiz sıradan çıxır və şəkərli diabet meydana gəlir. Buna səbəb isə cavanların 70-80 faizinin demək olar ki, tam hərəkətsiz olmasıdır, 50 faizindən çoxunda isə normadan artıq çəkidir. Əgər şəkərli diabet 40 yaşdan sonra meydana gəlir və 10 il ərzində kompensasiya edilmirsə, xəstəlik fəsadlar törədir və insanın əmək qabiliyyətini aşağı salır. Qeyd edək ki, qanda şəkərin normal miqdarı 60-100 olmalıdır. Şəkərli diabet xəstələrində isə bu rəqəm daim 100-500 arasında dəyişir.
Əvvəllər şəkərli diabet xəstələri əhalinin 1- 0,5 faizini əhatə edirdisə və yaş həddi 60-dan yuxarı idisə, indi Azərbaycan da daxil olmaqla, inkişaf etmiş ölkələrdə xəstələr 5-10 faiz təşkil edir. Yaş həddi isə 35-45-dır.
- Xəstəliyin yaranması başqa amillərdən asılı ola bilər?
2-ci tip şəkərli diabetdə birinci yerdə artıq çəki, hipodinamiya və irsiyyət yer tutur. İkinci dərəcəli amillərin sırasında isə stress, qorxu və başqaları gəlir.
-Hamiləlik dövründə qadınlarda şəkərin miqdarına necə nəzarət edilir?
Hamilə qadınlarda qanda şəkərin miqdarının artmasına estasyon şəkərli diabet deyirlər. Bəzən artıq çəkisi olan qadınlarda hamiləlik dövründə keçici olaraq qanda şəkər yüksələ bilir. Pəhriz gözləməklə, müalicə ilə şəkəri normada saxlamaq lazımdır. Çox vaxt hamiləlik dövrü yaranan diabet keçib gedir. Bəzən isə bu qalır. Ümumiyyətlə isə hamilələrdə şəkərli diabet nadir hallarda əmələ gəlir. Hər bir hamilə qadın mütləq şəkərin miqdarını yoxlatmalıdır. Məsələn, səhər saat 9.00-a kimi acqarına qanda şəkər 60-100 arasında olmalıdır. Bu, həddən yuxarıdırsa, demək, şəkərli diabet var. Əgər hamilə qadınlarda artıq çəki, irsiyyət amilləri varsa və ilk uşaq normadan artıq çəkidə doğulubsa, onlar mütləq müayinədən keçməlidirlər.
-Şəkərli diabet irsi yolla keçə bilər?
1-ci tip irsi olaraq keçmir. Əgər ata-ana 2-ci şəkərli diabetdən əziyyət çəkirsə, övladlar 40 yaşdan sonra 50-60 faiz risk amili altındadırlar. Atada şəkərli diabet varsa, övladlarda bu xəstəliyin əmələgəlmə risqi 10 faiz, anada varsa isə bu risq 3-6 faizdir.
-Şəkərli diabetdən qorunmaq üçün nə etməliyik?
Diabetdən qorunmaq üçün düzgün həyat tərzi keçirmək, fizirki hərəkətlərlə məşğul olmaq lazımdır. Ən vacib amil isə çəkidir. Çəki bütün ömürboyu normada saxlanılmalıdır. Qidanın kalorisi, tərkibi nəzərə alınmalıdır. Hər bir insan gündə ən azı 1 saat fiziki hərəkətlə məşğul olmalıdır. Müəyyən qida məhsullarından imtina etmək, bəzilərini isə artırmaq zəruridir. Nəinki xəstələr, ümumiyyətlə 30 yaşdan yuxarı hamı şirniyyat, yağlı və un məmulatlarından imtina etməlidir. Qida rasyonunda tərəvəzin çəkisi xüsusi ağırlıq təşkil etməlidir.